Paris-2024: Güləşçilərimizin rəqibləri müəyyənləşib
05.08.2024 - 20:48
Paris-2024: Güləşçilərimizin rəqibləri müəyyənləşib

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışlarında növbəti günün püşkatması keçirilib.

Apasport.az xəbər verir ki, daha iki güləşçimizin rəqibi bəlli olub.

Yunan-Roma güləşində Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən Aik Mnatsakanyanla qarşılaşacaq.

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə almaniyalı Anastasiya Blavyasla üz-üzə gələcək.

Qeyd edək ki, Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.

 

writer photo
Əlirza Əlirzalı
0