Kunde “Barselona”nın bir addımlığında
28.07.2022 - 15:28
Kunde “Barselona”nın bir addımlığında

Jül Kundenin “Barselona”da tibbi müayinədən keçəcəyi tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin futbolçusu sabah müayinə olunacaq.

Müdafiəçinin keçidi üçün “Sevilya”ya 50 milyon avro ödəniləcək. Kunde üçün bonus kimi daha 5 milyon verilə bilər.

23 yaşlı fransalı 5 illik müqavilə imzalayacaq. O, 2027-ci ilədək Kataloniya təmsilçisində forma geyinəcək.
 

writer photo
Əlirza Əlirzalı
0