Leverkuzen klubundan daha bir uğur
07.02.2024 - 18:09
Leverkuzen klubundan daha bir uğur

“Bayer” klub rekordunu yeniləyib.

Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi Almaniya kubokunda da qələbələrini sıralamağa davam edir.

Komanda yarışın 1/4 finalında "Ştutqart"ı 3:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Bu həm də Xabi Alonsonun yetirmələrinin 30-cu məğlubiyyətsiz matçı kimi klub tarixinə düşüb.

Qeyd edək ki, kifayət qədər uğurlu mövsüm keçirən “Bayer” hazırda Bundesliqada 20 turdan sonra turnir cədvəlinin zirvəsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0