Niderlandın PSV klubunun futbolçusu Kodi Qakponun yeni klubu bəlli olub.
Apasport.az Eyndhoven təmsilçisinin rəsmi saytına istinadən məlumat verir ki, 23 yaşlı hücumçu karyerasını İngiltərədə davam etdirəcək.
Bildirilib ki, Qakponun “Liverpul”da oynayacağı ilə bağlı razılıq əldə olunub. Transfer Premyer Liqa klubuna 55 milyon avroya başa gəlib. Bu məbləğin ilkin olaraq 40 milyon avrosu veriləcək. 15 milyon avro isə sonradan bonus kimi PSV-nin hesabına köçürüləcək.
Qeyd edək ki, Niderland millisinin də şərəfini qoruyan gənc hücumçu cari mövsümün 29 oyununda 15 qol və 18 asistlə yadda qalıb.