“Mançester Yunayted” Amrabata təklif göndərir
31.08.2023 - 09:49
“Mançester Yunayted” Amrabata təklif göndərir

“Fiorentina” Sofian Amrabatı satmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, mərakeşli yarımmüdafiəçi transfer pəncərəsinin sonuna qədər “Mançester Yunayted”ə keçə bilər.

İtaliyalılar onu müəyyən şərtlərdə sonradan alınmaq öhdəliyi ilə icarəyə verməyi planlaşdırır. Mançesterlilər bu gün Florensiya klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, A seriyası təmsilçisi Amrabatın keçidindən 35 milyon avro qazanmaq niyyətindədir.

writer photo
Əlirza Əlirzalı
0