"Mançester Yunayted"in futbolçusu "Qalatasaray"a doğru
22.11.2023 - 20:55
"Mançester Yunayted"in futbolçusu "Qalatasaray"a doğru

“Qalatasaray” yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, “aslanlar” axtardığını İngiltərədə tapıb.

İstanbul klubu “Mançester Yunayted”dən Donni van de Beeki gözaltı edib. Super Liqa klubu ehtiyatda oturduğu üçün şikayətçi olan 26 yaşlı niderlandlı futbolçunun ara transfer dönəmində keçidini tamamlamaq niyyətindədir. 

Qeyd edək ki, 2022-ci ildən “qırmızı şeytanlar”ın şərəfini qoruyan orta xətt oyunçusu, bu mövsüm cəmi 2 oyunda 31 dəqiqə meydanda olub.

writer photo
Əlirza Əlirzalı
0