Premyer Liqada üçüncü ən məhsuldar ötürmə ustası
01.02.2024 - 09:33
Premyer Liqada üçüncü ən məhsuldar  ötürmə ustası

Kevin De Bruyne şəxsi uğurlarına daha bir yenisini əlavə edib.

Apasport.az xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Premyer Liqada 104-cü məhsuldar ötürməsini edib.

Belçikalı futbolçu XXII turun "Bernli" ilə (3:1) matçında Xuan Alvaresin vurduğu ikinci qolda yaxından iştirak edib. 

Bununla da 32 yaşlı De Bruyne Ueyn Runini (103) geridə qoyaraq, üçüncü yerə yüksəlib. O, ikinci sırada yer alan Sesk Fabreqasa (111) çatmaq üçün 8 məhsuldar ötürməyə ehtiyac duyur. 

Xatırladaq ki, bu sahədə rekordun müəllifi 162 qol ötürməsi ilə əfsanəvi uelsli futbolçu Rayan Giqqsdir.

writer photo
Əlirza Əlirzalı
0