Ronaldo klubunu satır
11.11.2022 - 09:38
Ronaldo klubunu satır

Əfsanəvi braziliyalı futbolçu Ronaldo sahibi olduğu “Valyadolid” klubunu satır.

Apasport.az saytının məlumatına görə, biznesmen La Liqa klubunun səhmlərinin böyük hissəsini satmaq qərarına gəlib.

46 yaşlı “sambaçı” Braziliyaya qayıtmaq istəyir. O, övladlarına yaxın olmaq üçün iki ildən sonra “Valyadolid”i satmağı planlaşdırır. Ronaldo artıq “Kruzeyro”nun nəzarət paketini alıb.

Qeyd edək ki, Ronaldo 2018-ci ildə “Valyadolid”in səhmlərinin 51 faizini 30 milyon avroya alıb, bir il sonra isə payını daha 21 faiz artırıb.
 

writer photo
Əlirza Əlirzalı
0