“Tottenhem” baş məşqçi tapdı
05.06.2023 - 12:10
“Tottenhem” baş məşqçi tapdı

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Anqe Postekoqlu ilə şifahi razılıq əldə edib.

“Seltik”in baş məşqçisi ilə 2+1 illik müqavilə razılaşdırılıb. Lakin londonlular Şotlandiya klubu ilə də anlaşmalıdır.

Qeyd edək ki, 57 yaşlı mütəxəssis 2021-ci ildən “Seltik”ə rəhbərlik edir.
 

writer photo
Əlirza Əlirzalı
0