"Tottenhem" yeni hücumçu tapıb
25.03.2024 - 16:19
"Tottenhem" yeni hücumçu tapıb

İtaliyanın “Cenoa” klubunun hücumçusu Albert Qudmundsonun İngiltərə Premyer Liqasında işləmək imkanı var.

Apasport.az xəbər verir ki, bu barədə "Tribal Football" portalı məlumat yayıb.

Məlumata görə, "Tottenhem" onun xidmətində maraqlıdır. "Spurs" nümayəndələri oyunçunun çıxışlarını izləyirlər. "Cenoa" Qudmundsonla 30 milyon avroya ayrılmağa hazırdırlar.

Qeyd edək ki, bu mövsüm hücumçu İtaliya çempionatında 27 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

writer photo
Əlirza Əlirzalı
0