"Yunayted"də Altay Bayındıra yeni rəqib
28.11.2023 - 23:30
"Yunayted"də Altay Bayındıra yeni rəqib

"Mançester Yunayted" heyətə yeni qapıçı cəlb etməyi düşünür.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” Andre Onananın oyun səviyyəsindən narazıdır.

İngilislər "Latsio"nun qapıçısı İvan Provedelin oyununu izləməyə başlayıblar. Premyer Liqa təmsilçisi yayda qolkiperin transferi üçün danışıqlara başlamağa hazırlaşır. Mançester təmsilçisi bu keçid üçün 35 milyon avrosundan keçməli olacaq. Çünki “Latsio” bu məbləğdən aşağı olacaq heç bir təkliflə raqzılaşmayacağını açıqlayıb.

Qeyd edək ki, “Mançester Yunayted”də “Fənərbaxça”nın keçmiş qapıçısı Altay Bayındır da yer alır. Türkiyə Millisinin də şərəfini qoruyan 25 yaşlı çərçivə qoruyucusu hələlik yeni komandasında debüt etmək şansı qazanmayıb.

writer photo
Əlirza Əlirzalı
0