“Atletiko” Keş arzusunda
25.03.2022 - 16:08
“Atletiko” Keş arzusunda

“Aston Villa”nın futbolçusu Metti Keş karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Atletiko”nun hədəfinə düşüb.

Madridlilər Keş üçün böyük xərcə düşməyə də razıdır. Onun Premyer Liqa klubu ilə müqaviləsi 2025-ci ildə başa çatır. Futbolçunun transfer qiyməti 22 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Keş cari mövsüm 31 oyunda 3 qol və 4 assistə imza atıb.