“Barselona” 35 milyonluq hücumçu tapdı
24.03.2022 - 12:58
“Ayaks”ın futbolçusu Antoni “Barselona”nın maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi 22 yaşlı hücumçunu yayda heyətinə qatmağı planlaşdırır.
Braziliyalı forvardın “Ayaks”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Onun transfer qiyməti 35 milyon avrodur.
Qeyd edək ki, Antoni İngiltərə klublarının da transfer siyahısında yer alıb.
0
0