“Barselona” rəhbərliyi yarımmüdafiəçi Usman Dembelenin komandada qalacağına inanmır.
Apasport.az saytının məlumatına görə, kataloniyalılar ulduz futbolçunun PSJ ilə anlaşdığına əmindir.
25 yaşlı hücumameylli oyunçunun meneceri onun “Barsa”da qalması üçün kluba heç bir müraciət etməyib. Həmçinin La Liqa klubu da bu istiqamətdə hansısa addım atmayacaq.
Fransa millisinin üzvü karyerasını hazırkı komandasında davam etdirmək istəyirsə, yeni müqavilə ilə bağlı danışıqları özü bərpa etmək xahişi ilə rəhbərliyə müraciət etməlidir. Amma klub futbolçunun bunu etməyəcəyinə inanır. Onlar Dembelenin PSJ ilə müqavilənin şərtlərini razılaşdırdığına əmindir.
Qeyd edək ki, Usman Dembele bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 2 qol vurub, 9 məhsuldar ötürmə verib.