“Barselona” rəsmisi Messinin dönüşünü istisna etmədi
23.03.2022 - 11:19
PSJ-nin hücumçusu Lionel Messi mövsümün sonunda sabiq komandası “Barselona”ya qayıda bilər.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun rəsmisi Enrik Masip yayılan xəbərlərə münasibət bildirib.
Prezident Joan Laportanın müşaviri argentinalının dönüşünü təkzib etməyib: “Heç nəyi istisna etmək olmaz. Amma klub tərəfindən hələlik belə bir şey yoxdur”.
Qeyd edək ki, Lionel Messi bu mövsüm PSJ-nin heyətində Liqa1-də 18 oyuna çıxıb, 2 qol vurub və 10 məhsuldar ötürmə verib.
0
0