“Bavariya”da biri qayıtmaq, biri qalmaq istəmir
24.03.2022 - 00:01
“Bavariya”da biri qayıtmaq, biri qalmaq istəmir

Aleksandr Nübel müqavilə ilə məxsus olduğu “Bavariya”ya qayıtmaq istəmir.

Apasport.az saytının məlumatına görə, qapıçı icarə əsasında formasını geyindiyi “Monako”da qalmağı üstün tutur.

25 yaşlı almaniyalı qolkiper Fransa klubuna ötən ilin yayında icarəyə verilib. Onun icarə müddəti 2023-cü ilin yayına qədərdir. Ancaq sövdələşməyə transfer etmək hüququ daxil deyil. Nübel “Bavariya”ya qayıtmaq istəmir, çünki orada oynamaq şansı yoxdur.

Yarımmüdafiəçi Marsel Sabitzer isə mövsümün sonunda başqa kluba keçmək niyyətindədir. Baş məşqçi Yulian Naqelsmann onun çıxışından narazıdır. 28 yaşlı avstriyalı oynaya biləcəyi kluba keçməyi planlaşdırır.

Qeyd edək ki, həm Aleksandr Nübel, həm də Marsel Sabitzerin “Bavariya” ilə sözləşməsi 2025-ci ilin yayına qədərdir.