“Çelsi”nin 3 futbolçusuna A seriyası klubundan təklif
19.03.2022 - 17:30
“Çelsi”nin 3 futbolçusuna A seriyası klubundan təklif

“Çelsi”nin futbolçuları İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, konkret 3 oyunçu “Yuventus”un maraq dairəsindədir.

“Qoca sinyora” Premyer Liqa təmsilçisinin yarımmüdafiəçiləri Jorjinyo, Kristian Pulişiç və Hakim Ziyeşi transfer etmək imkanlarını araşdırır. “Çelsi”yə sanksiyalar tətbiq edildiyi üçün ingilislərə oyunçuları ilə müqaviləni yeniləmək qadağan olunub. Bu üzdən bəzi futbolçular komandanı dəyişməyin əleyhinə deyil.

Qeyd edək ki, Jorjinyo 2023, Pulişiç 2024, Ziyeş isə 2025-ci ilə qədər müqavilə ilə “Çelsi”yə məxsusdur.