“Çelsi”yə daha bir müştəri
22.03.2022 - 11:18
İngiltərənin “Çelsi” klubuna daha bir müştəri çıxıb.
Apasport.az saytının məlumatına görə, Böyük Britaniya konsorsiumu London klubu üçün 3 milyard funt sterlinqdən artıq vəsait ödəməyə hazırdır.
“Centricus” investisiya fondunun da yer aldığı konsorsiuma “Cheyne Capital” və “Talis Capital” da daxildir. “Çelsi”nin indiki sahibi Roman Abramoviç martın 2-də klubu satacağını açıqlayandan sonra bir neçə konsorsium londonlulara elçi düşüb.
Qeyd edək ki, rusiyalı milyarder 2003-cü ildən İngiltərə klubunun sahibidir.
0
0