“Lids”dən “Barselona”ya “yox” cavabı
26.03.2022 - 17:51
“Lids” yarımmüdafiəçisi Rafinya üçün “Barselona”nın ilk təklifini rədd edib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubunun bu transfer qarşılığında ödəmək istədiyi məbləğ Premyer Liqa təmsilçisini qane etməyib.
La Liqa klubu 25 yaşlı hücumameylli oyunçu üçün 35 milyon avro təklif edib. Lakin “Lids” rəhbərliyinin tələbi 75 milyon avro olub. İngilislər yalnız bu məbləğə oyunçusunu satmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, “Lids”lə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Rafinya daha bir neçə klubun maraq dairəsindədir.
0
0