“Liverpul”un Karvalyo arzusu
25.03.2022 - 12:56
“Liverpul” heyətinə yeni yarımmüdafiəçi qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, mersisaydlılar “Fulhem”in futbolçusu Fabio Karvalyonun xidmətində maraqlıdır.
Liverpullular yayda da 19 yaşlı oyunçunu transfer etmək istəyirdi. Lakin həmin vaxt keçid reallaşmadı.
Onun müqaviləsi bu ilin yayında başa çatacaq. Liverpulun eyniadlı təmsilçisi Fabionu azad agent kimi heyətinə qata biləcək.
Qeyd edək ki, futbolçunun dəyəri 3,5 milyon avro ilə qiymətləndirilir.
0
0