“Mançester Siti” Portuqaliyadan müdafiəçi alır
22.03.2022 - 18:03
“Mançester Siti” Portuqaliyadan müdafiəçi alır

“Mançester Siti” yay transfer pəncərəsində müdafiə xəttinə yeni futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Cekson Porozonun xidmətində maraqlıdır.

“Şəhərlilər” 21 yaşlı futbolçunun çıxış etdiyi “Boavişta” ilə danışıqlara hazırlaşır. Bu məqsədlə oyunçunun yaxınları ilə müzakirələr aparılıb.

Qeyd edək ki, Porozo cari mövsümün 22 oyununda meydana çıxıb. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.