“Milan” “Çelsi”nin futbolçusuna göz dikdi
24.03.2022 - 16:45
“Çelsi”nin futbolçusu Jorjinyo karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi “Milan”ın hədəfindədir.
A seriyası təmsilçisi Jorjinyonu yayda heyətinə qatmağı planlaşdırır. O, “Barselona”ya keçəcək Frank Kessyeni əvəz etməlidir.
London klubu bir müddət əvvəl futbolçu ilə anlaşmanı uzatmaq niyyətində idi. Lakin sanksiyalarla üzləşən ingiltərəlilər fikrindən daşınıb.
Qeyd edək ki, Jorjinyonun “Çelsi” ilə anlaşması 2023-cü ilin yayında başa çatacaq.
0
0