“Milan” Teo Ernandesə rəqib gətirir
25.03.2022 - 15:57
“Milan” yay transfer pəncərəsində daha bir müdafiəçi almağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, “rossonyeri” Aaron Hikinin xidmətində maraqlıdır.
“Bolonya”da çıxış edən şotlandiyalını çoxdan izləyir. Milanlılar britaniyalının transferi ilə müdafiənin sol cinahında rəqabəti artırmaq niyyətindədir.
Qeyd edək ki, bu mövqedə Teo Ernandes çıxış edir.
0
0