“Qarabağ” “Top-4”də
20.03.2022 - 10:21
“Qarabağ” “Top-4”də

Postsovet məkanı klublarının avrokubokların qrupundakı uzunömürlülük seriyası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, keçmiş SSRİ-nin yalnız 4 klubu ardıcıl 8 dəfə əsas mərhələdə iştirak edib.

Bu dörd klubdan biri “Qarabağ”dır. Azərbaycan Premyer Liqasının lideri 2014/15 mövsümündən başlayaraq daim əsas raunda vəsiqə qazanır.

Qurban Qurbanovun yetirmələri ardıcıl 7 dəfə Avropa Liqası, bu mövsüm Konfrans Liqasında çıxış edib. “Qarabağ”dan başqa yalnız üç komanda belə seriyaya malikdir.

Rusiya təmsilçisi “Zenit”, həmçinin Ukrayna klubları “Şaxtyor”la Kiyev “Dinamo”sudur. Bu “üçlük” də son 8 mövsümdə qrupda olub.