“Qarabağ” liderliyini möhkəmlətdi, “Zirə” 2-ci pilləni əldən verdi - YENİLƏNİB
19.03.2022 - 20:50
“Qarabağ” liderliyini möhkəmlətdi, “Zirə” 2-ci pilləni əldən verdi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, ikinci gündə iki matç baş tutub.

Bununla milli komandaların oyunları ilə əlaqədar çempionatda fasilə yaranıb.

İlk olaraq ikinci “dördlük”də qərarlaşan “Sabah”la “Səbail” üz-üzə gəlib. “Sabah”ın avrokuboklara qalan cüzi şansını davam etdirmək üçün qalibiyyətdən başqa yolu yox idi. Murad Musayevin yetirmələri autsayderi Kristian Sebalyosun yeganə qolu sayəsində məğlub etməyi bacarıb. “Səbail” isə sonuncu pillədə qalıb.

Turun mərkəzi görüşü Zirədə keçirilib. Lider “Qarabağ” gümüş medala iddia edən “Zirə”nin qonağı olub. Rəşad Sadıqovun yetirmələri bir gün əvvəl itirdiyi ikinci pillədəki mövqeyini qaytara bilməyib. Çünki Ağdam təmsilçisi 3 xalı 3 cavabsız qolla qazanaraq, liderliyini möhkəmlədib.

Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib. “Keşlə” “Sumqayıt”la heç-heçə (1:1) edib, “Neftçi” “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəlib.

Premyer Liqa
XX tur
19 mart (şənbə)
16:45. “Sabah” – “Səbail” - 1:0
Qol: 
Kristian Sebalyos,61
Baş hakim: Əliyar Ağayev
“Sabah”: 94. Yusif İmanov, 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 4. Elvin Camalov (k), 9. Xulio Sezar Rodriges, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 99. Hiqor Qabriel
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 97. Aleksandr Neçayev, 26. Fofana Tiemoko, 24. Mixeil Erqemlidze, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
“Səbail”: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev (k), 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 39. Tural Bayramlı, 33. Domantas Şimkus, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov, 66. İbrahim Aslanlı
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
“Bank Respublika Arena”

19:00. “Zirə” – “Qarabağ” - 0:3
Qollar:
Ramil Şeydayev, 10, Kadi Borqes, 47, 64
Baş hakim: Rauf Cabarov
“Zirə”: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 13. Ramin Əhmədov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 91. Coşqun Diniyev, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 4. Cəlal Hüseynov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borqes, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 29. Marko Veşoviç, 25. Vadji İbrahima, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Zirə İdman Kompleksinin stadionu

1

Qarabağ

19

14

4

1

41-10

46

2

Neftçi

20

11

4

5

34-23

37

3

Zirə

20

10

5

5

27-19

35

4

Qəbələ

20

9

6

5

30-26

33

5

Sabah

20

8

2

10

25-27

26

6

Keşlə

20

5

4

11

22-30

19

7

Sumqayıt

19

3

5

11

12-29

14

8

Səbail

20

3

2

15

12-39

11

Bombardirlər: Davit Volkov (“Zirə”) - 10 qol, Filip Ozobiç, Abdullah Zubir (hər ikisi “Qarabağ”) - 8 qol