"Real" - "Liverpul" oyununa təyinat aldı - AFFA rəsmisi
31.03.2021 - 14:04
"Real" - "Liverpul" oyununa təyinat aldı - AFFA rəsmisi

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.

Apasport.az saytının məlumatına görə, o, Çempionlar Liqasının 1/4 final mərhələsi matçında iş başında olacaq.

Avstriyalı sabiq referi aprelin 6-da Madriddə keçiriləcək “Real” (İspaniya) –  “Liverpul” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.