“Tottenhem”in müdafiəçisi Serxio Requlyon bir neçə Avropa klubunun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, sabiq “Real”lı, xüsusən də, “Barselona”nın transfer gündəmindədir.
Həmçinin “Real” özü də 25 yaşlı oyunçunu geri satınalma müqaviləsindəki müvafiq bənddən yararlanaraq, yayda onu 40 milyon avroya qaytarmağın mümkünlüyünü araşdırır. Sol cinah müdafiəçisi “Real”a dönəcəyinə, yoxsa əzəli rəqib “Barselona”ya keçəcəyinə mövsümün sonuna qədər qərar verməli olacaq.
Qeyd edək ki, “Real”ın yetirməsi olan Serxio Requlyon bu mövsüm bütün turnirlərdə 24 oyunda 2 qol vurub, 3 assist edib.