“Roma” hücumçusuna qiymət qoydu
24.03.2022 - 10:05
“Roma” hücumçusuna qiymət qoydu

İtaliyanın “Roma” klubunun futbolçusu Temmi Abrahama qoyduğu transfer qiyməti bəlli olub.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi hücumçusunu 120 milyon avroya satmağı planlaşdırır.

İngiltərə millisinin futbolçusu 2021-ci ilin yayında “Çelsi”dən 40 milyona transfer olunub. Yeni klubunda 37 matça 23 qol vuran forvardın qiyməti də üçqat artıb.

Romalılar müqaviləsi 2026-cı ilə qədər olan Abrahamı saxlamaq arzusunda olsa da, çoxsaylı təkliflər qarşısında 120 milyona razılaşmaq fikrindədir. Onun transfer anlaşmasına görə “Çelsi” sabiq futbolçusunu 80 milyona geri qaytarmaq hüququna malikdir. Londonlular bu bənddən 2023-cü ilin yayına qədər yararlana bilər.
 

0