“Yuventus”un futbolçusundan şərt
22.03.2022 - 13:56
“Yuventus”un futbolçusundan şərt

“Yuventus” futbolçusu Federiko Bernardeski ilə yeni müqavilə barədə razılığa gələ bilmir.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinin 28 yaşlı yarımmüdafiəçi 4 illik müqavilə istəyir.

O, indiki maaşının saxlanılması şərtini irəli sürüb. Bu rəqəm 4,2 milyon avroya bərabərdir. Klub rəhbərliyi üçillik müqavilə və illik 3 milyon maaş ödəmək fikrindədir.

Qeyd edək ki, Federikonun müqaviləsi mövsümün sonunda başa çatacaq.