Anatoli Demyanenko: “Bakı” pis komanda deyil”
29.03.2008 - 16:06
Anatoli Demyanenko: “Bakı” pis komanda deyil”
“Bizi çətin oyun gözləyir. Qələbə qazanmağa köklənirik. Birinci yer üçün mübarizə aparırıq və bu oyunda da qələbə qazanmalıyıq. Rəqib pis komanda deyil ki, onların ilk dövrədə 5:1 hesabı ilə qələbə qazanması da bundan xəbər verir”. A.Demyanenko sələfi Vlastimil Petrjelanın “Neftçi”yə rəhbərlik etdiyi dövrdə komandanın aldığı yeganə məğlubiyyətin videokassetini də izləyib: “Həmin qarşılaşmada komanda özünə bənzəmirdi. Futbolçuların millinin düşərgəsindən yorğun qayıtmaları azmış kimi, kobud səhvlər də buraxırdılar. Həmin oyunu izləyib özüm üçün müəyyən nəticələr çıxarmışam. “Bakı”nın ikinci dövrədəki oyunlarını da izləmişəm. Bu komanda ilə ehtiyatlı olmaq, səhv buraxmamaq lazımdır”.
0