AFFA iki il müddətinə cəzalandırdığı Toğrul Hacıyevə təqaüd verəcək
30.03.2008 - 18:21
AFFA iki il müddətinə cəzalandırdığı Toğrul Hacıyevə təqaüd verəcək
Bakı. Mehman Süleymanov-APA-Sport. AFFA təqaüd verdiyi veteran futbolçuların siyahısında dəyişikliklər edib. “APA-Sport” agentliyinin məlumatına görə, ilkin olaraq 25 nəfərin nəzərdə tutulduğu siyahıya daha 7 veteranın adı əlavə olunub. Bununla bağlı qərar çıxaran AFFA-nın İcraiyyə Komitəsi Yuri Kuznetsov, Adil Abbasov, Əhməd Ələsgərov, Şamil Heydərov, Nikolay Boqdanov və Vyaçeslav Şeyxovun namizədliyini təsdiqləyib. Həmçinin, təqaüd alanlar arasında ötən ilin mayında AFFA tərəfindən iki il müddətinə assosiasiyanın üzvü olan qurumlarında fəaliyyət göstərməkdən məhrum edilən Toğrul Hacıyev də var.
0