Azərbaycan milli komandası sabah Rusiya ilə qarşılaşacaq
01.04.2008 - 18:24
Azərbaycan milli komandası sabah Rusiya ilə qarşılaşacaq
İmişli. Aqşin Əliyev-APA-Sport. Sabah Azərbaycan və Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığması arasında yoldaşlıq görüşü keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, Heydər Əliyev adına İmişli şəhər stadionunda oynanılacaq matçı milli dərəcəli hakim Rövşən Əhmədov idarə edəcək. Qarşılaşma Bernard Lippertin rəhbərlik etdiyi milli komandamız üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq. Yoldaşlıq görüşündən dərhal sonra həm azərbaycanlı, həm də rusiyalı futbolçular Bakıya dönəcəklər. Rusiya aprelin 4-də “Şəfa” stadionunda Özbəkistanla üz-üzə gələcək. Bundan iki gün sonra isə yığmamız özbəkistanlıları sınağa çəkəcək.
0