Saşa Yunisoğlu yenə meydana çıxmayıb
02.04.2008 - 10:55
Saşa Yunisoğlu yenə meydana çıxmayıb
Qrodzisk. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlunun çıxış etdiyi Polşanın “Qrotslin” klubu növbəti qələbəsini qazanıb. “APA-Sport” agentliyini məlumatına görə, Qrodzisk təmsilçisi ölkə kubokunun ¼ final mərhələsinin ilk matçında qalib gəlib. Polşalı mütəxəssis Yatsek Jelinskinin yetirmələri öz meydanında “Rux” klubunu 1:0 hesabı ilə üstələməyə nail olub. S.Yunisoğlu bu dəfə də meydana çıxmayıb. Polşa kubokunun ¼ final mərhələsinin cavab oyunu aprelin 8-də keçiriləcək.
0