Gürcüstan milli komandasının baş məşqçisi Klaus Topmöller istefaya göndərilib
02.04.2008 - 12:53
Gürcüstan milli komandasının baş məşqçisi Klaus Topmöller istefaya göndərilib
Bakı. Kənan Həsənov-APA-Sport. Tanınmış Almaniyalı futbol mütəxəssisi Klaus Topmöller Gürcüstan milli komandasının baş məşqçisi postunu tərk edib. “APA-Sport” agentliyinin məlumatına görə, K.Toppmellerin Gürcüstan Futbol Federasiyasının prezidenti Nodar Axalkatsi ilə Almaniyada keçirdiyi görüşdən sonra bu qərar çıxarılıb. 2006-cı ilin yanvarında təyinat alan təcrübəli mütəxəssis Gürcüstan milli komandası ilə uğur qazana bilməyib. Gürcülər onun rəhbərliyi altında keçirdiyi 24 oyunun yalnız yeddisində qələbə qazanıb. Qonşu ölkənin komandası Avropa çempionatının final mərhələsinə yüksəlmək vəzifəsinin də öhdəsindən gəlməyərək, tarixinin ən zəif nəticəsini göstərib. Gürcüstan yığması K.Toppmellerin rəhbərliyi altında keçirdiyi son üç yoxlama matçında da məğlub olub.
0