Azərbaycan yığması Rusiya ilə heç-heçə oynayıb
02.04.2008 - 12:53
Azərbaycan yığması Rusiya ilə heç-heçə oynayıb
İmişli. Aqşin əliyev-APA-Sport. Bu gün Heydər Əliyev adına İmişli şəhər stadionunda Azərbaycan və Rusiyanın 17 yaşadək futbolçulardan ibarət milli komandaları arasında yoldaşlıq görüşü keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, qarşılıqlı hücumlar şəraitində keçən matç heç-heçə nəticələnib. Oyuna fəal başlayan almaniyalı Bernard Lippertin yetirmələri tezliklə hesabı açıblar. Yığmamızın heyətində Məhəmməd Qurbanov fərqlənib. Ancaq fasiləyədək rusiyalılar tarazlığı bərpa ediblər. İkinci hissədə təşəbbüsə yiyələnən qonaqlar hətta hesabda önə keçiblər. Buna baxmayaraq, M.Qurbanovun növbəti qolu sayəsində milli komandamız məğlubiyyətdən yaxa qurtarıb – 2:2. Ölkəmizdə təlim-məşq toplanışı davam etdirən Rusiya yığması aprelin 4-də Özbəkistanla qarşılaşacaq. Bundan iki gün sonra isə azərbaycanlı və özbəkistanlı futbolçular üz-üzə gələcəklər.
0