“Sergey Kramarenko adına mükafat” təsis edilib
02.04.2008 - 14:25
“Sergey Kramarenko adına mükafat” təsis edilib
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Bakının “Neftçi” klubu martın 25-də Rusiyanın paytaxtı Moskvada dünyasını dəyişən Sergey Kramarenkonun xatirəsinin əbədiləşdirilməsi haqda qərar qəbul edib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan futbolunun görkəmli nümayəndələrindən birinin adına mükafat təsis olunub. Klubun vitse-prezidenti Ramin Musayev imzaladığı qərarın 2-ci bəndində bu barədə deyilir: “16-cı Azərbaycan Premyer Liqasından başlayaraq, “Çempionatın ən yaxşı qapıçısı” üçün “Neftçi” PFK tərəfindən “Sergey Kramarenko adına mükafat” təsis edilsin. Mövsümün yekununda mütəxəssislərin və jurnalistlərin rəyinə əsasən çempionatın ən yaxşı qapıçısı seçilsin. Bu mükafatın sahibinin müəyyənləşməsi və təqdim edilməsi “Neftçi” PFK-nın təsisçiliyi və mətbu orqanlarının biri ilə həyata keçirilsin”.
Qeyd edək ki, indiyədək mövsümün ən yaxşı qapıçıları üçün heç vaxt mükafat təsis olunmayıb.
0