FİFA və UEFA prezidentləri Rövnəq Abdullayevə təbrik məktubu göndəriblər
02.04.2008 - 14:33
FİFA və UEFA prezidentləri Rövnəq Abdullayevə təbrik məktubu göndəriblər
Bakı. Mehman Süleymanov-APA-Sport. FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platini AFFA-nın yeni başçısı Rövnəq Abdullayevə məktub göndəriblər. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ali futbol qurumlarının rəhbərləri R.Abdullayevi martın 14-də keçirilən AFFA-nın növbədənkənar Konfransında prezident seçilməsi münasibəti ilə təbrik ediblər. FİFA başçısı təbrik mətnində federasiyanın yeni prezidentinin hələ “Neftçi” Peşəkar Futbol Klubuna rəhbərlik etdiyi dövrdəki fəaliyyətini yüksək qiymətləndirib. Y.Blatter R.Abdullayevin AFFA prezidenti kimi Azərbaycan futbolunun yüksək səviyyədə inkişafa nail olması naminə böyük işlər görəcəyinə ümid etdiyini bildirib. O, eyni zamanda əməkdaşlıq çərçivəsində Azərbaycanda futbolun tərəqqisi üçün lazımi köməkliyin göstəriləcəyini bəyan edib.
0