“Qarabağ” Sumqayıtda tam heyətlə oynayacaq
02.04.2008 - 15:52
“Qarabağ” Sumqayıtda tam heyətlə oynayacaq
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Ağdamın “Qarabağ” klubu “Gənclərbirliyi” ilə oyunda tam heyətlə mübarizə apara biləcək. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqasının 20-ci turunda Sumqayıt təmsilçisinin qonağı olacaq ağdamlıların zədəli oyunçuları həmin qarşılaşmaya hazır olacaq. “İnter”lə ölkə kubokunun ¼ final matçında xəsarət alan Aslan Kərimov hələ də fərdi məşqlə kifayətlənsə belə, autsayderlə qarşılaşmaya hazır olacaq. Son turun “Turan”la görüşünü zədə üzündən buraxmağa məcbur olan Hüseyn İsgəndərov isə artıq komanda ilə məşq edir. Köhnə zədəsindən əziyyət çəkən Ayxan Abbasovun səhhətindəki problem ciddi olmadığından, Rasim Karanın yetirmələri Sumqayıta itkisiz yollanacaq.
0