Azərbaycan yığması Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq
02.04.2008 - 17:03
Azərbaycan yığması Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində yerli “Ayntraxt” klubu ilə qarşılaşacaq. AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadənin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yoldaşlıq görüşü aprelin 9-da və ya 11-də baş tutacaq. Oyunun tarixinin bu yaxınlarda dəqiqləşəcəyini deyən assosiasiya rəsmisi bildirib ki, U-19 Almaniya səfəri zamanı, ümumilikdə 4 yoldaşlıq matçına çıxacaq. O.Hüseynzadə özü isə xaricdə olduğu müddətdə Almaniya Futbol İttifaqındakı həmkarı Markus Vaydnerlə görüşəcəyini vurğulayıb.
Qeyd edək ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi milli komanda Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Frankfurtda 7-22 aprel aralığında təlim-məşq toplanışı keçəcək.
0