Kaxaber Tsxadadze: “Berti Foqts Azərbaycan futbolu haqda mənim vasitəmlə məlumatlar toplayıb”
02.04.2008 - 18:20
Kaxaber Tsxadadze: “Berti Foqts Azərbaycan futbolu haqda mənim vasitəmlə məlumatlar toplayıb”
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycan milli komandasının yeni baş məşqçisi Berti Foqts Bakının “Standard” klubunu çalışdıran Kaxaber Tsxadadzeyə zəng edib. Bu haqda “APA-Sport” agentliyinə K.Tsaxadedzenin özü məlumat verib. Gürcüstanlı çalışdırıcının sözlərinə görə, B.Foqts ondan Azərbaycan futbol haqda məlumat toplayıb: “Amma ətraflı nə isə müzakirə etmədik. Foqts Azərbaycan milli komandası haqda mənim vasitəmlə müəyyən məlumatlar toplayıb”. Futbolçu karyerasının böyük hissəsini Almaniyada keçirən K.Tsxadadze həmin vaxt almaniyalı ilə görüşüb. Gürcüstanlı onun çalışdırdığı komandalara qarşı oynayıb: “1992-ci ildə Avropa çempionatının final mərhələsində MDB yığmasının heyətində yer aldığımız zamanı Foqtsun çalışdırdığı Almaniya ilə görüşmüşəm. Sonradan 1996-cı Avropa çempionatının final mərhələsi zamanı artıq Gürcüstan yığmasının heyətində Foqtsun komandasına qarşı iki dəfə oynadım. Almaniya məhz həmin seçmə mərhələnin sonunda Avropa çempionluğunu qazandı”.
0