Elmar Xeyirov Belarus çempionatında debüt edib
07.04.2008 - 09:35
Elmar Xeyirov Belarus çempionatında debüt edib
Minsk. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan yığmasının oyunçusu Elmar Xeyirov Belarus çempionatında debüt edib. “APA-Sport” agentliyinin məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi “MTZ-RİPO” klubunun əvəzedici heyətində ilk çempionat oyununa çıxıb. E.Xeyirov Brestin “Dinamo” komandası ilə qarşılaşmanın ilk hissəsində meydanda olub. Yarımmüdafiəçinin komandası öz meydanında 0:4 hesabı ilə məğlub olub. Əsas komandaların qarşılaşmasında isə Minsk təmsilçisi eyni hesabla “Dinamo”nu üstələyib. “MTZ-RİPO” aprelin 12-də keçiriləcək ikinci turda Minskin “Dinamo” klubunun qonağı olacaq.
0
DİGƏR XƏBƏRLƏR
Loading...