Yer | Hakim | Oyun | Orta qiymət |
1 | Mark Simonn | 1 | 8,20 |
2 | Fariz Yusifov | 18 | 8,14 |
3 | Babək Quliyev | 15 | 8,11 |
4 | Anar Salmanov | 8 | 8,09 |
5 | Vüsal Əliyev | 19 | 8,01 |
6 | Arif Ağayev | 1 | 8,00 |
7 | Habil Əliyev | 1 | 8,00 |
8 | Samir Hüseynov | 1 | 8,00 |
9 | Venera Muradova | 2 | 8,00 |
10 | Zahid Həşimov | 2 | 8,00 |
11 | Rövşən Əhmədov | 20 | 7,99 |
12 | Hacıəli Ağayev | 2 | 7,95 |
13 | Anar Niyazov | 5 | 7,94 |
14 | Elçin Səmədov | 12 | 7,89 |
15 | Feyzulla Feyzullayev | 7 | 7,89 |
16 | Əli Əliyev | 2 | 7,85 |
17 | Eldar Nağıbəyov | 15 | 7,81 |
18 | Əmrah İbrahimov | 3 | 7,80 |
19 | İmanxan Sultani | 16 | 7,69 |
20 | Azad Mütəllimov | 13 | 7,63 |
21 | Ceyhun Haşımov | 9 | 7,62 |
22 | Elnur Muradov | 2 | 7,40 |
23 | Əfqan Həmzəyev | 10 | 7,12 |
24 | Ramiz Əhmədov | 3 | 7,10 |
Rövşən Əhmədov mövqeyini itirib
08.04.2008 - 11:57
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının 20-ci turunda səhvə yol verən Rövşən Əhmədov mövsümün ən yaxşı 10 hakimi sırasını tərk edib. “APA-Sport” agentliyinin məlumatına görə, idarə etdiyi “İnter” – “Karvan” matçına qədər ən yüksək qiymət alan hakimlərin siyahısında olan mingəçevirli referi 11-ci pilləyə yuvarlanıb. Carı mövsümün 133 çempionat və 54 kubok matçında meydana çıxan 24 hakim arasında liderlik isə almaniyalı Mark Simonnun əlindədir. Cəmi bir oyun idarə edən hakim yerli ədalət təmsilçilərinə nümunə ola bilib. Azərbaycanlı hakimlər arasında ən yüksək orta qiymətə isə Fariz Yusifov malikdir.
0
0