Berti Foqts Azərbaycanda çalışdığı dövrdə yalnız maddi cəhətdən irəli düşəcək
08.04.2008 - 12:29
Berti Foqts Azərbaycanda çalışdığı dövrdə yalnız maddi cəhətdən irəli düşəcək
Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyalı Berti Foqts Azərbaycan milli komandasının baş məşqçisi işlədiyi dövrdə yalnız maddi cəhətdən irəli düşəcək. “APA-Sport” agentliyinin İnternet saytında aparılan növbəti sorğunun nəticəsi belə olub. Bir həftə ərzində 152 nəfər saytımızı ziyarət edərək, “Berti Foqts Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi postunda nəyə nail olacaq” sualını cavablandırıblar. Respondentlərin 37,5 faizi (57 nəfər) əcnəbi mütəxəssisin yaxşı qazanc əldə edəcəyini bildirib. Daha bədbin oxucuların fikrincə, 62 yaşlı məşqçinin rəhbərliyi altında da yığmamız uğursuzluğa düçar olacaq. Bu varianta 41 nəfər səs verib. Bunun əksinə olaraq, 21 nəfər milli komandamızın qələbələrinin artacağını düşünür. Müsabiqəyə qatılanların 13,16 faizi hesab edir ki, Azərbaycanda B.Foqtsun imicinə xələl gələcək. 13 nəfər isə sorğunun sualına cavab verməyə çətinlik çəkib.
0