AFFA “Olimpik” – “Neftçi” oyununun vaxtını dəyişdirib
08.04.2008 - 12:42
AFFA “Olimpik” – “Neftçi” oyununun vaxtını dəyişdirib
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycan Premyer Liqasının qarşıdakı turu çərçivəsində “Olimpik” – “Neftçi” görüşünün vaxtı dəyişdirilib. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA çempionluq uğrunda vacib sayılan bu matçı bir gün sonraya təxirə salıb. AFFA 2007/08 mövsümünün futbol üzrə XVI Azərbaycan çempionatı və Azərbaycan kuboku uğrunda yarışın Əsasnaməsinin 3.21 maddəsi və “Neftçi”nin müraciətini əsas götürərək, qarşılaşmanın keçiriləcəyi tarixin aprelin 12-dən 13-ə dəyişdirilməsi haqda qərar çıxarıb. Matç “Şəfa” stadionunda keçiriləcək.
0