“Qəbələ” Avropa klublarının reytinq siyahısında 792 pillə irəliləyib
08.04.2008 - 12:53
“Qəbələ” Avropa klublarının reytinq siyahısında 792 pillə irəliləyib
“Bakı” üzərində minimal hesablı qələbə ilə reytinqini artıran Əsgər Abdullayevin yetirmələrini ilk “50-lik”dən cəmi 10 xal ayırır. 100 ən güclü sırasında Azərbaycanın daha bir klubu yer alıb. Qələbə qazanmasına baxmayaraq, ötən həftədəki yerini itirən “İnter”in əvəzinə “Neftçi” 100 komanda sırasına daxil olub. Ən böyük sıçrayışa “Qəbələ” nail olub. “Xəzər-Lənkəran”la heç-heçə Ramiz Məmmədovun komandasını 792 pillə irəli aparıb. “Olimpik”in məyus etdiyi “Bakı” isə 459 pillə geriləyib.

58 (ötən həftə - 72). “Olimpik” 1826,86
89 (118). “Neftçi” 1793,38
113 (74). “İnter” 1878,11
309 (290). “Xəzər-Lənkəran” 1707,63
1190 (731). “Bakı” 1582,30
1232 (2024). “Qəbələ” 1578,54
1236 (1043). “Qarabağ” 1578,18
1339 (1730). “Simurq” 1569,15
2179 (2059). “Karvan” 1498,01
2195 (2377). “Standard” 1495,95
2554 (2561). “Masallı” 1437,62
2751 (2738). ABN 1365,68
2761 (2782). “Turan” 1359,11
2837 (2819). “Gənclərbirliyi” 1194,12


0