Gəncə futbolçuları VI Respublika Oyunlarının zona birinciliyinə qələbə ilə başlayıblar
08.04.2008 - 14:16
Gəncə futbolçuları VI Respublika Oyunlarının zona birinciliyinə qələbə ilə başlayıblar
Gəncə. Ayxan Hüseynov – APA-Sport. Gəncədə 1994-95-ci il təvəllüdlü futbolçular arasında VI Respublika Oyunlarının zona birinciliyi start götürüb. Gəncə Futbol Federasiyasından “APA-Sport” agentliyinin Qərb bürosuna verilən məlumata görə, Gəncə yığması ilk oyunda Oğuz kollektivini 7:2 hesabı ilə məğlub edib. Gəncəlilər növbəti oyunda Zaqatala komandası ilə qarşılaşacaq. Qeyd edək ki, Qax rayonunda təşkil olunan zona birinciliyində 8 komanda iki qrupda mübarizə aparır. Gəncə yığmasının çıxış etdiyi qrupda Oğuz, Qəbələ və Zaqatala komandaları yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.
0