Anatoli Demyanenko məşqçilik karyerasında kubok oyunlarında uduzmayıb
08.04.2008 - 14:48
Anatoli Demyanenko məşqçilik karyerasında kubok oyunlarında uduzmayıb
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Bakının “Neftçi” klubunun ukraynalı çalışdırıcısı Anatoli Demyanenko baş məşqçilik karyerasında daxili arenada qatıldığı bütün kubokları qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 49 yaşlı mütəxəssis bu yarışlarda məğlubiyyət acısı dadmayıb. 2005-07-ci illərdə Kiyevin “Dinamo” klubuna rəhbərlik edən mütəxəssisin yetirmələri Ukrayna kuboku uğrunda 15 oyunun 14-də qalib gəlib. Yalnız “Dnepr”lə heç-heçə edən kiyevlilərin baş məşqçisi kubokdakı məğlubiyyətsiz seriyasını “Neftçi”də davam etdirib. Mütəxəssis “Standard”la matçlarda ölkə kuboklarında qələbə seriyasını 6-ya, məğlubiyyətsiz oyunlar sayını isə 17-ə çatdırıb.
Qeyd edək ki, mütəxəssisin rəhbərlik etdiyi vaxt qazandığı iki Ukrayna superkubokunda da məğlub olmayıb.
0