AFFA “Karvan” klubunu 8000 manat cərimələyib
08.04.2008 - 15:43
AFFA “Karvan” klubunu 8000 manat cərimələyib
Bakı. Mehman Süleymanov – APA-Sport. Yevlaxın “Karvan” klubunun məşqçiləri Mehman Yunusovla Nadir Şükürov cəzalandırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb hər iki məşqçinin Azərbaycan Premyer Liqasının son turunda “İnter”lə “Şəfa” stadionunda keçirilən oyunda Rövşən Əhmədovun başçılıq etdiyi hakimlər briqadasını nalayiq sözlərlə təhqir etməsidir. Bu xoşagəlməz olayın matçın protokolunda qeyd olunması məsələnin AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirilən iclasında baxılması ilə nəticələnib. Həm M.Yunusov, həm də qapıçılarla işləyən N.Şükürovun qarşıdakı 4 oyunda texniki zonadan kənarlaşdırılması ilə bağlı qərar çıxaran NİK “Karvan”ı məşqçilərinə görə 8000 manat məbləğində cərimələyib.
0