AFFA bu gün 11900 manat qazanıb
08.04.2008 - 16:13
AFFA bu gün 11900 manat qazanıb
Bakı. Mehman Süleymanov – APA-Sport. Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, federasiya tabeçiliyində olan qurumun çıxardığı qərarlara əsasən 11900 manat qazanıb. NİK “Karvan” klubunu məşqçiləri Mehman Yunusovla Nadir Şükürovu hakimləri təhqir etdiyi üçün 8000, “Neftçi” və “Karvan”ı futbolçularının nəzərdə tutulduğundan artıq sarı vərəqə aldığı üçün hərəyə 1000 manat məbləğində cərimələyib. Birinci divizion iştirakçılarından “Abşeron”la “Standard-2”, habelə “Simurq”a 1990/91 və 1992/93 təvəllüdlülərdən ibarət komandalarının “Masallı” ilə səfər oyununa gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. NİK hər iki birinci divizion klubunu hərəyə 500 manat məbləğində cərimələyib. Birinci divizion çərçivəsində Qazaxda keçirilən “Göyəzən” – MOİK görüşündə meydan sahiblərindən Qoşqar Sarıyev, qonaq komandadan Elnur Hüseynov, Əfqan Nağıyev və Aleksandr Şemalayevi hakimləri nalayiq sözlərlə təhqir etdiyi üçün iki oyunluq cəzaya məruz qalıb. Bu 4 futbolçuya görə ümumilikdə 800 manatlıq cərimə kəsilib. “Göyəzən”, həmçinin meydan sahibi olaraq oyunun videoyazısını təmin etmədiyindən 100 manat cərimə ödəyəcək. NİK bu matça təyinat alan hakimlərin idarəçiliyinə baxılmasını AFFA-nın Hakimlər Komitəsinə həvalə edib.
0