Saşa Yunisoğlunun komandası Polşa kubokunun yarımfinalına çıxıb
09.04.2008 - 09:39
Saşa Yunisoğlunun komandası Polşa kubokunun yarımfinalına çıxıb
Xojuv. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” klubu Polşa kubokunun yarımfinalına çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, Qrodzisk təmsilçisi ¼ final mərhələsinin cavab oyununda “Rux” (Xojuv) klubu ilə heç-heçə edib – 1:1. Öz meydanında qalib (1:0) gələn “Qrotslin” səfərdəki qarşılaşmanın 18-ci dəqiqəsində buraxdığı qolun əvəzini yalnız 90-cı dəqiqədə çıxıb. Son dəqiqədəki qol Yatsek Jelinskinin yetirmələrinin əlavə vaxt olmadan ½ finala yüksəlməsinə imkan verib. Bu dəfə də komandasının heyətində meydana çıxmayan 23 yaşlı müdafiəçi Polşa kubokunda hələ də debüt etməyib. ¼ finalın digər oyunları bu gün keçiriləcək. “Qrotslin”in ½ finalda rəqibi sabah keçiriləcək püşkatmada müəyyənləşəcək.
0